Kvyat Əbu Dabidə Toro Rosso ilə işləyəcək

Daniil Kvyat mövsümün sonuncu yarışı olan Əbu Dabi Qran Prisindən sonrakı testlərdə Toro Rosso ilə işləyəcək.

F-1.az xatırladır ki, rusiyalı sürücü keçən il Red Bull şirkəti ilə münasibətləri başa vursa da, avstriyalılar sürücü tapa bilmədikləri üçün Kvyatı yenidən Toro Rosso komandasına qaytarıblar.

Frants Tost: “Bolidlə atacağı hər dövrə onun üçün yaxşı olacaq. İstəyimiz onun təkərləri daha tez öyrənməsi və bolidi daha yaxşı anlamasıdır”.

Qeyd edək ki, Əbu Dabidəki testlərdə əksər sürücülər yeni komandalarında – Ləns Stroll Force İndia-da, Şarl Lekler Ferrari-də və Kimi Rəykkönen Sauber-də çıxış edəcəklər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*