K.Sayns: “Renault mühərriyi ilə beşliyə düşə bilərik”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns inanır ki, komandası Renault mühərriyinə qayıtmaqla gələn il ilk beşlikdə ola bilər.

F-1.az xatırladır ki, italyanlar 2016-cı ildə Ferrari-nin 2015-ci il mühərrikləri ilə yarışmış və xüsusən də mövsümün ikinci yarısında çox geriyə düşmüşdülər. Buna baxmayaraq, Toro Rosso mövsümü 7-ci yerdə bitirə bilmişdi. Amma “qırmızı buzovlar” birillik fasilədən sonra gələn mövsüm yenidən Renault mühərriklərinə keçəcəklər.

Karlos Sayns: “Renault mühərriyi gələn il rəqabətədavamlı olacaq. Əgər Ceyms və komandası neçə illərdir gördükləri işi davam etdirə bilsələr, yaxşı mühərrik hesabına gələn il böyük addımlar ata bilərik.

Son illərdə Toro Rosso-nun şassisinin ilk beşliyə girmək gücündə olduğunu gördük və əsas hədəfimiz də budur. 2016-cı ildə bunu edəcək paketimiz yox idi. Amma Toro Rosso və Ceyms şassini yaxşı düzəldə bilmişdilər.

Biz böyük bir ailəyik. Bu bir az italyan və ya latın ailəsi kimidir. Amma hamı ingiliscə danışır. İnanıram ki, gələn il bu komanda daha böyük uğurlar qazanacaq”.

Sayns bildirib ki, onlar mühərriyin inkişafının dayanmasına baxmayaraq, mövsümün ikinci yarısında əla performans göstəriblər: “Məncə, bu il gözlədiyimizdən yaxşı keçdi. Xüsusən də, Barselonadan sonra güclü nəticələr almağa başladıq. Bundan başqa mövsümün ikinci yarısında iki dəfə 6-cı olduq və 16 xal topladıq. Ostin və Braziliya ən güclü yarışlarım idi.

Motivasiyamız aşağı olsa da, mövsümün ikinci yarısındakı performansımızla fəxr edirəm”.

Xatırladaq ki, Says mövsümü 12-ci yerdə bitirmişdi…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*