16 Oktyabr 2019, Çərşənbə - 01:19

K.Sayns: “Komanda əla işlədi”

K.Sayns: “Komanda əla işlədi”

Müəllif: Rauf Hacıyev, redaktor

19:18 - 28 Sentyabr, 2019

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, beşinci yerdən razıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Soçidəki sıralanma turunda 6-cı olsa da, Ferstappenin startda 5 yer itirməsi ilə yarışa 5-ci yerdən başlayacaq.

Karlos Sayns
: “Dünəndən sonra xoşbəxtəm. Komanda üçün gözəl gün idi. Gecə maşındakı çox şeyi dəyişdirdik. İkinci sərbəst yürüşlərdə tərs yönə getmişdik. Beləliklə, sıralanma turunda yaxşı dövrələr vura bildim. Uşaqlar əla işlədilər, çünki dünən çox geridə idik. Hamıya təşəkkür edirəm. Dünənki problemlərdən sonra 5-ci yer əladır.

Cümə günü yarış tempimiz pis idi. Ümid edirəm ki, sabah yaxşı olur. Sabah bizim üçün müəmmalı gün olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 82
Teqlər , , ,
Paylaş

logo