K.Horner: Volffun telefon nömrəsini blok etmişəm

Red Bull-un baş məşqçisi Kristian Horner Mercedes-in baş məşqçisi Toto Volfla münasibətindən danışıb.

F-1.az xəbər verir ki, Kristian Mercedes-dən həmkarının onun nömrəsini blok etdiyini bildirib.

Kristian Horner: “Toto mənim telefonumda bloklanıb. Amma hər şey qaydasındadır. Demək istəyirəm ki, sağlam rəqabət var və idmanda rəqabət olanda yaxşıdır. Çoxlu qələbələr qazandılar, əla komandaya sahibdirlər. İndi biz işimizi görürük və irəli baxmağa çalışırıq. Söhbət əslində Toto ilə bağlı deyil. Söhbət Mercedes, Ferrari, Aston Martin-dən gedir. Volffun da kifayət qədər öz problemləri var, ona görə də diqqətini onlara yönəltməyə icazə verəcəyəm. Hamı bir-birini sevəndə darıxdırıcıdır və bütün bunlar normaldır. Rəqabət olmalıdır”.

Xatırladaq ki, ikili arasında münasibətlər 2021-ci ildə mövsümün gedişində olduqca gərginləşmişdi. Son dövrəyə qədər davam edən çempionluq mübarizəsində hər iki komandanın demək olar ki, bütün fərdləri qarşı tərəflə hər bir mübarizəyə qoşulmuşdular.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*