K.Horner: Test üçün 3 gün kifayətdir

Bu il qaydalar çox dəyişilməyib, güc qurğularının etibarlılığı artırılıb və artıq ilk gündən sürücülər kifayət qədər uzun məsafələr qət ediblər.

F-1.az xəbər verir ki, Red Bull-un rəhbəri qış testləri üçün 3 günün bəs etdiyini deyib.

Kristian Horner: “Görün ilk seansda maşınlar nə qədər etibarlı idi. Bəli, sessiyanın əvvəlində qırmızı bayraqlar var idi, lakin nasazlıq tez bir zamanda aradan qaldırıldı.

İndi biz stabil qaydalar şəraitində işləyirik. Düşünürəm ki, bu il planlaşdırılan yarışların sayını nəzərə alsaq, iki gün testlər keçirmək və dərhal yarış həftəsonuna başlamaq olardı. İlk yarışda gözlənilməz şeylərin baş verməsi pisdir? Bu, uzun mövsüm, komandaların hər şeyi anlamaq üçün kifayət qədər vaxtı var.
Hər halda, mövcud qaydalar və güc qurğuları ilə üç gün kifayətdir. Amma 2026-cı ildə şassi və mühərriklərin reqlamenti dəyişdikdə vəziyyət başqa cür olacaq”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*