J.Todt: Mixaeli tək qoymuram

FİA-nın prezidenti Jan Todt bildirib ki, yaxın dostu Mixael Şumaxeri heç vaxt tək qoymur.

F-1.az xatırladır ki, Mixael Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəza keçirmiş və o müddətdən sonra adam içinə çıxa bilməmişdi. Hazırda çox az adam onunla görüşə bilir. Onlardan biri də əfsanəvi Mixalin köhnə dostu Jan Todtdur.

Jan Todt: “Mixaeli ayda ən az iki dəfə görürəm. Onu tək qoymuram. Onunla, Korinnayla, ailəsi ilə çox xatirəmiz var və onlar bizim bir parçamızdır”

Qeyd edək ki, Jan Todt və Mixael Şumaxer 1996-2006-cı illərdə Ferrari-də birgə işləmiş və İtaliya təmsilçisi bu illərdə ən yaxşı dövrünü keçirərək, 6 Mühəndislər Kuboku, 5 Sürücülər Çempionatı qazanmışdı.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*