Helmut Marko: Biz daha çox yarış və titul qazanmaq istəyirik

Red Bull şirkətinin avtoidman məsləhətçisi Helmut Marko bir daha sübut edib ki, iştah diş altındadır.

F-1.az xəbər verir ki, avstriyalı keçmiş F1 sürücüsü şirkətin qurucusu Ditrix Mateşiçin ölümünün F1 proqramına təsir etməyəcəyini söylədikdən sonra daha çox titul qazanmaq istədiklərini də gizlətməyib…

Helmut Marko: “Bizim uğurumuz öz sözünü deyir. Red Bull-un yaxın gələcəkdə Formula1-i tərk edəcəyindən narahat olmaq üçün heç bir əsas yoxdur. Biz hələ missiyamızı başa çatdırmaqdan çox uzağıq və daha çox yarış və titul qazanmaq istəyirik”.

Məlumdur ki, komanda gələn il əsas rəqibləri Ferrari və Mercedes-lə müqayisədə aerodinamik boruda daha az işləməli olacaq, amma Helmut Marko bunu problem kimi görmür.

“Bu, həqiqətən məni narahat etmir, – deyə Marko davam edib. – Biz düzgün yoldayıq və 2023-cü ilə hazırlaşırıq. Bundan əlavə, Formula1-in ən yaxşı sürücüsü Maks Ferstappen də bizim komandamızda çıxış edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*