15 Dekabr 2019, Bazar - 01:54

F.Massanın təşkil etdiyi turnirin qalibi Liutsi olub

F.Massanın təşkil etdiyi turnirin qalibi Liutsi olub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:08 - 21 Yanvar, 2014

Red Bull, Toro Rosso, Force İndia və HRT komandalarının keçmiş sürücüsü, kartinq üzrə 2011-ci ilin dünya çempionu Vitantonio Liutsi Felipe […]

Red Bull, Toro Rosso, Force İndia və HRT komandalarının keçmiş sürücüsü, kartinq üzrə 2011-ci ilin dünya çempionu Vitantonio Liutsi Felipe Massanın Penye şəhərində təşkil etdiyi ənənəvi kartinq turnirinin qalibi olub.

Turnirdə əvvəlki illərdən fərqli olaraq cəmi bir yarış olub – şənbə günü güclü yağış üzündən yarış təxirə salınıb, ona görə də titulun taleyi bazar günü həll olunub. Ulduzlar sinfində cəmi iki qonaq olub – Liutsi və Sebastyen Buemi, digər sürücülər isə Braziliyanı təmsil ediblər, amma məhz qonaqlar podiumun yüksək pillərini zəbt ediblər. Turnirin təşkilatçısı Massa isə yerli sürücülər arasında birinci olmaqla podiumun aşağı pilləsinə qalxıb.

Yarış gərgin mübarizə ilə yadda qalıb. 2008-ci ildə turnirin qalibi olmuş Rubens Barrikellonun kartında təkər deşilib və Rubens mexaniklərə müraciət etməli olub. 2010-cu ildə turnirin qalibi olmuş Lukas di Qrassi trasdan çıxıb və mübarizəni yarımçıq dayandırıb. Mübahisəli anların da az olmadığı bir yarışda Liutsi hamıdan güclü olub və avropalıları braziliyalılarla mübarizədə önə çıxarıb: 5:4.

Felipe Massa: “Vitantonio əla çıxış etdi. O, kartinq üzrə dünya çempionudur və bu gün layiqli qələbə qazandı. Sadəcə önə çıxıb kiçik üstünlük qazanmaqla özünü arxada gedən gərgin mübarizədən sığortalaya bildi. Ümumilikdə isə yarış çox maraqlı oldu.”

Yarışdan sonra sürücülər kollektiv şəkil çəkdirməklə Mixael Şumaxerə dəstəklərini ifadə ediblər – Felipenin dəbilqəsində böyük hərflərlə “Şumi” yazılmışdı…

mas-1
mas-2


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 510
Teqlər , , , , , , , , , , ,
Paylaş

logo