F1-ə girmək istəyən komanda işçilər seçir

Racingnews365-in fikrinə bu potensial F1 komandası elə son vaxtlar adı tez-tez çəkilən Andretti Cadillac-dır.

F-1.az bildirir ki, Andretti Cadillac üçün müraciət prosesi davam edir, rəsmi ərizə aprel ayında göndərilməlidir və FIA-nın yekun qərarı iyun ayında veriləcək.

Qeyri-rəsmi məlumata görə, komanda Nik Çesteri texniki direktor təyin edib. Xatırladaq ki, təcrübəli mütəxəssis Lotus və Renault-da işləyib.

Andretti komandası bir müddət əvvəl Cadillac ilə birləşərək vacib addım atıb və F1-ə gəlməyə ən ideal komanda hesab edilir.

,