F.Tost: Nik özünü Maksla müqayisə etməməlidir

AlphaTauri komandasının rəhbəri Frats Tost bildirib ki, Nik de Friz özünü Maks Ferstappenlə müqayisə etməmılidir.

F-1.az xatırladır ki, Nik bu mövsüm Alphatauri ilə Formula1-də ilk tam mövsümünü keçirəcək və ondan gözləntilər böyükdür.

Frants Tost: “O sadəxə maşına minib ən yaxşı işi görməlidir. Daha sonra yaxşı nəticələr gələcək. Əgər özünü Maksla müqayisə etsə, işlər çətinləşəcək. Maks çox təcrübəlidir. Saf istedaddır və çox sürətlidir. Buna görə də Nikin edəcəyi ən pis şey Red Bull kimi komandada xüsusi rəftar görən Maksla özünü müqayisə etmək olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*