F.Massa: “Williams-ın pulu seçməsi məni təəccübləndirmədi”

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Williams komandasının sponsorlu Sirotkini seçməsinə təəccüblənməyib.

F-1.az xatırladır ki, Williams komandasında çıxış edən braziliyalı sürücü bu il təqaüdə çıxıb. Britaniyalılar onun əvəzinə Kubitsa, Sirotkin və Kvyatı komandaya gətirməyi düşünürdülər. Buna görə də Əbu Dəbidəki təkər testlərində Kubitsa və Sirotkin Williams-ın sükanı arxasına keçiblər. Son yayılan şayiələrə əsasən isə, Formula1-in ən titullu ikinci komandası Sergey Sirotkini seçib.

Felipe Massa: “Belə etmələri məni təəccübləndirmədi. Bilmirəm necə olacaq. Formula1-də olmadığım üçün xəbərləri də izləmirəm. Artıq fərqli şeylərlə məşğulam.

Karyeram ərzində xəyal etdiyimdən çox uğura imza atdım. Bəlkə də, itirdiyim yeganə şey çempionluq idi. Yenə də təəssüflənmirəm. Çox xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*