F.Kuartararo maksimum sürətdən razıdır

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, düzlük sürətindən razıdır.

F-1.az xatırladır ki, Yamaha keçən il düzlük sürətində görə Ducati-dən geridə qalırdı. Komanda qış tətili ərzində bunun üstündə işləyib və Sepanqdakı testlərin ilk günündə 334.3 km/saat maksimun sürətə çataraq, ikinci yeri tutublar. Birinci yerdə isə 336.4 km/saat sürətlə Ducati qərarlaşıb.

Fabio Kuartararo: “Bu yaxşıdır, çünki keçən il şassidə və maksimum sürətdə çətinlik çəkirdik. İndi maksimum sürətdə yaxşı olsaq da, döngələrdə problem yaşayırıq.

Burada iki günümüz qalıb və daha sonra Portimaoda test edəcəyik. İlk gün burada o qədər şey sınadıq ki, əslində ən yaxşı motosikletin hansı olduğuna fokuslana bilmədik.

Çoxlu şey sınadıq və sonra təkərləri dəyişdik. Yəni sınamalı yeniliklərə görə ən sürətli dövrəyə köklənmədik. Lakin maksimum sürət vacibdir və böyük addım atmışıq.

Keçən il mövsümə başlayanda hansı motosikleti sürəcəyimizi bilirdik. Hazırda çoxlu alternativimizi var və doğru yönü tapmalıyıq. Keçən il əlimizdə olanla razılaşmışdıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*