F.Briatore: Ferrari Lekleri iki il əvvəl almalı idi

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, Şarl Lekler 2018-ci ildə Kimi Rəykkönenin yerinə Ferrari-də yarışsaydı, Dünya Çempionu olardı.

F-1.az xatırladır ki, monakolu sürücü 2019-cu ildə Ferrari-yə qoşulmuş və ilk mövsümündə dördqat Dünya Çempionu olan komanda yoldaşı Sebastyan Fetteli bütün statistikalarda məğlub etmişdi.

Flavio Briatore: “Lekler gənc, xarakterli sürücüdür və bunu göstərir. Əgər Ferrari-də olsaydım, Lekleri iki il əvvəl komandaya gətirərdim. Çünki Rəykkönenlə uğur qazanmaq mümkünsüzdür. Buna görə riskə gedib Lekleri transfer edərdim.

Leklerin təcrübəsizdir və hələ müəmmalıdır. Mənə görə Ferstappen daha güclüdür. Gözəl hücumlar edir və qladiatora bənzəyir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*