F.Alonso: Yarış tempində Ferrari-dən güclüyük

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, yarış tempində Ferrari-dən sürətlidirlər.

F-1.az xatırladır ki, Aston martin komandası mövsümöncəsi qış testlərində etibarlı təsir bağışlayıb və ən sürətli üçüncü komanda kimi görünüb. “Yaşıllar”ın son gündəki yarış tempi performansı hamını təəccübləndirib.

Fernando Alonso: “Testdən sonra bir söz demək çətindir, çünki çox şey dəyişəcək. Məsələn, yarış tempində işlədik. Bəhreyn yarışındakı kimi 57 dövrəlik yanacaq götürdük və pit-stoplara qədər yarışdakı kimi etdik. Ferrari də bizimlə eyni proqramı tətbiq etdi və yarış tempində işlədi. Biz onlardan sürətli idik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*