E.Okon: Özümüzə inanmaq üçün tezdir

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, özlərinə inanmaları üçün çox tezdir.

F-1.az xatırladır ki, fransız komandası Bəhreyndəki qış testlərində problem yaşamayıb. Lakin onların performansı heç də göz oxşamır və dedi-qodulara görə real sürətlərini gizlədirlər.

Esteban Okon: “Məncə, test əla keçdi. Stabil test idi və problem yaşamadıq.

Testlərin son günündə çoxlu dövrə vurdum və günün sonunda Hard təkərlərlə daha uzun sürüşlər edərək, Soft təkərlərə nisbətdə necə işlədiklərinə baxdıq.

İki maşın üçün də problemsiz üç gün oldu. Öyrənəcəyimiz və təhlil edəcəyimiz çox şey var, çünki üç gündə tələsməli olduq. Hər şeyi bir araya gətirmək çətindir. Ancaq yarışa qayıtmaq üçün hər şeyə sahibik.

Bolid yarış tempində yaxşı gedirdi. Bu yaxşı haldır. Yenə də rəqiblərimizin nə etdiklərini bilmirik. Buna görə də özümüzə inanmağa tələsməməliyik. İşləməyə davam edəcəyik. Birinci sərbəst yürüşlər üçün planlar quracağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*