Dəyişikliklər təsdiqlənib

FİA reqlamentdəki dəyişiklikləri təsdiq edib.

F-1.az xatırladır ki, FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Britaniya Qran Prisi öncəsi reqlamentdəki iki dəyişikliyi təsdiq edib.

Əlbəttə, söhbət həftəsonu formatında sprint yarışının tətbiqindən və yeni tərkibli arxa təkərlərin istifadəsindən gedir.

Sprint yarışı ilk dəfə qarşıdakı həftədə keçiriləcək, bu formatla bağlı bütün maddələr idman reqlamentində yer alıb.

Bakıda baş verən insidentlərdən sonra çempionatın yeganə təkər təchizatçısının arxa təkərlərə etdiyi dəyişikliklər də təkərlərə daha tələbkar olan Silverstoun trasından başlayacaq.

Hər iki dəyişiklik əvvəlcədən məlum olsa da, rəsmən indi təsdiq olunub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*