D.Rikkardo Renault-ya görə məyus olub

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Meksikadakı yarışa görə məyus olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışdan əvvəl mühərriyini dəyişdirmiş və yarışa 16-cı yerdən başlamalı olmuşdu. 28 yaşlı sürücü startda 10-cu yerə qədər yüksəlsə də, mübarizəni vaxtından əvvəl dayandırmışdı…

Daniel Rikkardo: “Startda hamı bir-birinə yaxın idi və qarışıqlıq yarandı. Amma bunlardan maksimum istifadə edib, yüksəldik. Bolid çox güclü idi və qısa müddət ərzində yuxarı pillələrə yüksələ bilərdim. Heyif ki, sayca altıncı olan mühərriyimdən qəribə səslər gəldi və daha sonra bütün gücün getdiyini hiss etdim.

Cümə günü hər şey yaxşı idi, amma daha sonra işlər pisləşdi və yarışda şanssızlığımız davam etdi. Çox məyusam. Xüsusən də, Maksın tempini görəndə çox gözəl yarışı buraxdığım üçün məyus oldum. Ümid edirəm ki, Braziliyada daha çox cəza almaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*