13 Noyabr 2019, Çərşənbə - 19:43

C.Ramires: “McLaren-də istək yoxdur”

C.Ramires: “McLaren-də istək yoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

12:48 - 24 Dekabr, 2016

McLaren komandasının sabiq koordinatoru Co Ramires bildirib ki, McLaren-in son illərdəki zəif performansının səbəbi istəksizlik və həddən artıq siyasətin olmasıdır.

F-1.az xatırladır ki, McLaren sonuncu qələbəsini 2012-ci ildə, sonuncu podiumunu isə 2014-cü ildə qazanıb. Britaniyalılar xüsusən də Honda ilə əməkdaşlığa başladıqdan sonra özlərinə gələ bilmirlər.

Komandaya uzun illər rəhbərlik etmiş Ron Dennis də komandadan uzaqlaşdırılıb və onu Zek Braun əvəz edib. Bundan başqa icraçı direktor Yost Kapito da komandaya yeni qoşulmasına baxmayaraq, vəzifəsindən uzaqlaşdırıldı. Bundan başqa, uzun illərdir McLaren-də baş marketinq menecer işləyən Əkrəm Sami də vəzifəsindən uzaqlaşdırılıb, amma idarə heyətində yenə də qalır.

Co Ramires 1984-2001-ci illərdə McLaren-in koordinatoru olub və hesab edir ki, komanda hazırda çox həssas dövrdədir və işçilər bu vəziyyətə görə məyusdurlar: “Heyif ki, McLaren həssas dövrdədir. Çünki ortada çox siyasət var. Yost Kapito komandadan gedir, amma insanlar ona böyük ümid bəsləyirdilər. Hələ komandaya təzə gəlmişdi, amma o qədər siyasətə tab gətirə bilmədi və ayrıldı. Əkrəm Sami də idarə heyətinin üzvü olsa da, vəzifəsindən ayrıldı. İnsanlar McLaren-ə görə məyus olublar. Mən Londondayam və hələ də McLaren-də işləyən bir dostumla nahar etdik. Mənə məyus olduğunu dedi, çünki hamı işləyir, ancaq heç kəsdə istək yoxdur. Əllərindəki işi görürlər, amma istəkləri yoxdur. McLaren-də Ronun adamları çoxdur”.

Ramires inanır ki, bu vəziyyət McLaren-in yeni bolidi təqdim olunanda düzələcək: “Yanvar və ya fevral ayında yeni bolid təqdim olunanda işlər bir az yoluna düşəcək. Alonsonun bundan xəbəri var. Heç kim mükəmməl deyil. Ron çox səhv elədi və komandadan getdi. Görək yeni idarə heyəti markanın adını yenidən qaldıra biləcək? Əvvəldən orada işləyənlər bu hadisələrə görə məyusdurlar. Özlərini məhv edirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 647
Teqlər , , , , ,
Paylaş

logo