Ç.Fyorio: Rueda qovulmalıdır

Ferrari komandasının sabiq idman direktoru Çezare Fyorio bildirib ki, Binottonu qovmaq çıxış yolu deyil.

F-1.az xatırladır ki, Ferrari komandası bu il güclü bolid hazırlasa da, əksər yarışlarda strategiya səhvlərinə görə geridə qalıblar. Buna görə də komanda rəhbəri Binotto ilə strategiya şefi İnaki ruedanın qovulacağı iddia edilir.

Çezare Fyorio: “Budapeştdəki hadisələrdən sonra Con Elkanın komandaya müdaxiləsini gözləyirəm, çünki çox səhv etdilər. 2022-ci il bolidi çox güclüdür və son iki mövsümə nisbətən inkişaf var. Məncə, texniki cəhətdən bacarıqlı olan və mühəndisləri qalib gələn bolid düzəltməyə yönləndirən Binottonu təbrik etmək lazımdır.

Mattia əslində dizaynerdir və F1-75-dən onun istedadı məlum olur. Sadəcə Binottonun daha yaxşı bir komandaya ehtiyacı var. Binotto vəzifəsində qalmalıdır, amma Rueda yox. İşlədiyi komandalarda yaxşı işlər görməyib.

Müasir strategiyalar insanların instinktlərindən başqa riyazi hesablamalardan asılıdır. Yarışda qərar vermək üçün saniyələriniz olur. Çox şeyi təhlil etmək üçün çox vaxtınız olmur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*