23 Oktyabr 2019, Çərşənbə - 14:19

C.Əllison: “Halo ikimərtəbəli avtobusu daşıya bilər”

C.Əllison: “Halo ikimərtəbəli avtobusu daşıya bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

10:11 - 11 Fevral, 2018

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, Halo sistemi Londondakı ikimərtəbəli avtobusun ağırlığına tab gətrə bilər.

F-1.az xatırladır ki, komandalar sürücülərin təhlükəsizliyi üçün bu ildən etibarən Halo sistemindən istifadə edəcəklər.

Ceyms Əllison: “Bunu istifadə etmək bəsit iş deyil. Bir neçə kiloluq titan detalı bolidə əlavə etmək lazımdır. Bunu edərkən balansı qorumaq üçün digər hissələrdə dəyişikliklər etmək lazımdır. Yüngül deyil, çünki doğrudan da böyük yüklər daşıya bilir. Şassinin dözümlülüyünü də artırmaq lazımdır. Çünki Halo Londondakı ikimərtəbəli avtobusların ağırlığını götürə bilməlidir.

Halo aerodinamik cəhətdən pisdir. Buna görə də üzərinə aerodinamik detallar əlavə etməli olacağıq. Amma mühərriyin hava alması təsir görməməlidir. Bundan başqa qanadın funksiyasına mane olmamalıdır. Bu, birinci başqoruyucu sistemdir. Hamımız bunu təkmilləşdirməliyik. Həm təhlükəsizliyi, həm də gözəlliyi artırmaq lazımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 284
Teqlər , ,
Paylaş

logo