C.Elkann: Ferrari-nin məqsədi dəyişməyib

Ferrari prezidenti Con Elkann Scuderia Ferrari komandasının uzunmüddətli hədəflərindən danışıb.

F-1.az xəbər verir ki, o, komandanın məqsədinin hər zaman qələbə qazanmaq olduğunu və bunun dəyişmədiyini bildirib.

Con Elkann: “Ötən mövsüm Formula1-də Ferrari-nin rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdı. Bununla belə, məqsədimiz çempionluğu qazanmaq idi və olmaqda davam edir. Frederik Vassyör bütün komanda ilə birlikdə bu məqsədə çatmağa tam diqqət yetirir”.

Xatırladaq ki, 2022-ci il mövsümünün sonunda Ferrari Mühəndislər Kubokunda ikinci olmuşdu. Komanda uzun illərdir ki, hər iki cəbhədə çempionluğa həsrətdir…
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*