Bakıda qeyri-adi avtomobillərin sərgisi və festivalı keçiriləcək

“Cars and Coffee Azerbaijan” təşkilatçılığı ilə iyunun 11-də Bakıda qeyri-adi avtomobillərin sərgisi və festivalı keçiriləcək.

F-1.az xəbər verir ki, Bakı Su İdman Sarayının təşkilati dəstəyi ilə keçiriləcək festivalda idman avtomobilləri, tuninq olunmuş avtomobillər, klassik və neo-klassik avtomobillər, o cümlədən müxtəlif ölkələrin istehsalı olan qeyri-adi motosikletlər iştirak edəcəklər.

Qeyri-adi avtomobil sahibləri sərgidə iştirak etmək üçün avtomobilin fotolarını, texniki pasportunu və sürücülük vəsiqəsini vatsap vasitəsilə +994503379938 nömrəsinə göndərə bilərlər. Məlumatları, həmçinin [email protected] elektron poçt ünvanına göndərmək də olar. Münsiflər heyəti tərəfindən seçilmiş avtomobillər tədbirdə iştirak üçün dəvət alacaqlar.

Avtomobil ilə qeydiyyatdan keçmiş iştirakçılar arasında müsabiqə keçiriləcək və ən maraqlı avtomobil sahiblərini pul mükafatı və qiymətli hədiyyələr gözləyir. Qeydiyyat üçün son gün 4 iyun tarixidir.

Qeyd edək ki, öncədən qeydiyyatdan keçmiş avtomobillər və onların sahibləri 11 iyun saat 15:00-dan gec olmayaraq Su İdman Sarayının qarşısında olmalıdırlar.

Sərgini izləmək üçün gələn tamaşaçılar isə bilet alaraq sərgidə iştirak edə bilərlər. Biletin qiyməti 6 manat təşkil edir, 12 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. Tədbiri daha yaddaqalan etmək üçün tədbir iştirakçıları və uşaqlara maraqlı əyləncə proqramı, o cümlədən drift-şou və diskoteka təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*