B.Ekklstoun: Yarış olmalı idi

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bilirib ki, Belçika yarışı keçirilməli idi.

F-1.az xatırladır ki, Belçika yarışı yağışa görə keçirilməmiş və sonda sürücülərə yarı xal verilməsi üçün təhlükəsizlik maşını arxasında iki dövrə vurulmuşdu.

Berni Ekklstoun: “Yarış saat 16:00-da başlamalı idi. Mən bunu 17:00 ya da 17:30-da sınayacağımı deyərdim və o vaxt gələndə nə olursa-olsun başladardım. Bəzi sürücülər yarışmaq istəyirsə, əla. İstəmirsə, o da əla. Bu, onlardan asılıdır. Əgər mən peletonun arxasında olsam, riskə getməzdim, çünki o zona çox təhlükəlidir. Amma komandam və özüm üçün xal almağı düşünsəm, yarışa çıxardım. İnsanlar öz qərarlarını özləri verirlər. Bura Əfqanıstan deyil. Biz bundan pis şəraitdə yarış keçirdik və təxirə salmadıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*