Antonelli startda 30 yer itirəcək, Əlbon isə 20 yer

FİA rəsmən təsdiqləyib ki, Kimi Antonelli və Aleks Əlbon İtaliya Qran Prisində yarışın startında yer itirmək cəzası alıblar.

Monzada Mercedes-in bolidinə mövsüm üzrə icazə verilən say həddini aşaraq beşinci daxiliyanma mühərriki, dördüncü enerji akkumulyatoru və dördüncü idarəetmə elektronikası bloku quraşdırılıb. Buna görə Kimi Antonelli startda 30 yer itirəcək.

Aleksin Əlbonun bolidinə isə beşinci daxiliyanma mühərriki və dördüncü idarəetmə elektronikası bloku quraşdırılıb və bununla da hər iki element üzrə mövsüm üçün nəzərdə tutulan limit aşılıb. Buna görə Williams sürücüsü bazar günü keçiriləcək yarışın startında 20 yer itirəcək.

, ,