A.Covinatsi cərimələnib

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi sıralanma turunda Ləns Strollu əngəllədiyi üçün cərimələnib.

F-1.az xatırladır ki, kanadalı sürücü sürətli dövrə vurarkən Covinatsi tərəfindən əngəllənib. İtaliyalı sürücü sıralanma turunda 14-cü olub, amma bu hərəkətinə görə yarışın startında 3 yer itirəcək və sabahkı yarışa 17-ci yerdən başlayacaq. Bundan başqa Antonionun lisenziyasına cərimə balı yazılıb.

, , ,