A.Covinatsi: Bakıda uğurlu nəticələrim olub

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi Bakıda gözəl xatirərlərinin olduğunu və buranı çox sevdiyini deyib.

F-1.az xatırladır ki, italiyalı sürücü 2016-cı ildə GP2-də yarışarkən Bakıdakı hər iki yarışda da qalib gəlmişdi.

Antonio Covinatsi: “Bakı ən çox sevdiyim traslardan birdir. GP2 vaxtlarımdan burada gözəl xatirələrim olub. 2019-cu ildə Formula1-dəki debüt mövsümümdə burada yaxşı sıralanma turu keçirmişdim. Karyeramda ilk dəfə sıralanma turunda son sessiyaya qalmışdım. Bu həftəsonu həmin uğurumu təkrarlamaq istəyirəm.

Monakodakı son yarışdan xal aldım və gözəl nəticə idi. Düşündüyümdən güclü görünürük. Tempimizi Bakıda da davam etdirəcəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*