15 Noyabr 2019, Cümə - 11:23

V.Bottas: “Ağrımıram”

V.Bottas: “Ağrımıram”

Müəllif: Rauf Hacıyev, redaktor

10:27 - 27 Oktyabr, 2019

Mercedes komandasının sürücüsü Valtteri Bottas tibbi mərkəzdə müayinə edildikdən sonra buraxılıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turunun son sessiyasında yaxşı sektor zamanları gedərkən bolidin idarəetməsini itirərək baryerlərə çırpılıb. Bottas radiodan yaxşı olduğunu desə də, dərindən nəfəs alması və boliddən düşərkən əziyyət çəkməsi qəzanın şiddətindən xəbər verirdi. 30 yaşlı pilot qəzadan sonra tibbi mərkəzə göndərilib və müayinə edildikdən sonra heç bir xəsarət almadığı bildirilib.

Valtteri Bottas: “Ağır zərbə olsa da, hər şey qaydasındadır. Ağrımıram. Son cəhdimdə arxamdakı bolidlə fərq olduğunu bilirdim. Buna görə də öndəki sürücü ilə mübarizə aparmaq istədim və etdim də. Nəticəmi 0.3 saniyə yaxşılaşdırmışdım və üçüncü yerə yaxın idim. Ancaq əsəbpozucu qəza yaşadım. Yer toz olduğu üçün mənə çətin oldu. Divara təmas etdim və oraya sürtüldüm. Məni baryerlər dayandırdı.

Uzun yarış olacaq. Burada qələbə üçün fürsətlər olur. Hələ heç nə itirməmişik. Yarış üçün səbirsizlənirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 100
Teqlər , , ,
Paylaş

logo