Tost birlikdə işlədiyi ən sürətli pilotları açıqlayıb

AlphaTauri-nin rəhbəri Formula1-də birlikdə işləmək şansı əldə etdiyi pilotlardan bəhs edib.

F-1.az xəbər verir ki, təcrübəli mütəxəssis Maks Ferstappen və Sebastyan Fetteli xüsusilə qeyd edib.

Frants Tost: “Bu, asan sualdır. Maks Ferstappenin adını çəkə bilərəm, Sebastyan Fettelin adını çəkə bilərəm. Onlar ən sürətli yarışçılardır, çünki əks halda bu qədər yarış və bu qədər çempionluq qazana bilməzdilər. Ancaq başqa pilotlar da var. Çox da yavaş deyildilər, amma ola bilsin ki, yanlış zamanda səhv yerdə olublar. Lakin təbii ki, Maks və Sebastyan ən yaxşısıdır.

Digər sürücülər da sürətli idilər. Məsələn, Karlos Sayns, Pyer Qasli, Daniel Rikkardo, indi Yuki Tsunoda var. Bəzi sürücülər özlərini təkmilləşdirdilər. Onlar əsl peşəkardılar və bu, əladır”.

Xatırladaq ki, illərdir komandaya rəhbərlik edən Frants mövsümün sonunda vəzifəsindən ayrılacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*