Sürücülər Rocer Federeri təbrik ediblər

Sürücülər və avtoidman ictimaiyyəti sosial şəbəkələrdə tennis üzrə Avstraliya Açıq Çempionatının final oyunundakı gərginliyə öz münasibətlərini bildiriblər.

F-1.az xatırladır ki, final oyununda Rocer Federer və Rafael Nadal üz-üzə gəliblər və 5 setli gərgin mübarizə birincinin xeyrinə başa çatıb. İsveçrəli tennis ustası sürət həvəskarı və Mercedes-in siması kimi tanınır, Rocer keçən ilin son yarışında – titulun taleyi həll olunan Əbu Dabi Qran Prisində komandanın VİP qonağı idi…

Niko Hülkenberq: “Bu tarixi və epik nailiyyətdir!”

 

 

Karlos Sayns-oğul: “Nadal həmişə olduğu kimi sonadək mübarizə apardı. Mükəmməl idmançı nümunəsi. Rocer Federerə mənim təbriklərim!”

Karlos Sayns-ata: “Rafael Nadal – hamı üçün nümunədir və bütün ispan idmanı üçün əsl əfsanədir. Bravo, Rafa. Mən səninlə fəxr edirəm!”

Endi Souçek: “Əgər idman sözünə tərif axtarsaq, bu – Nadal və Federerin mübarizəsidir. Hamı üçün nümunədir. Onlardan öyrənmək lazımdır”.

Valentino Rossi: “Mama-miya, dəhşət final! Nəhənglərin döyüşü! Təşəkkür Rafa, Təşəkkür Rocer!”

 

 

Niko Rosberq: “Vau! İnanılmaz mübarizə – və layiqli qələbə! Mən bunu başa düşürəm – idmana belə qayıdarlar!”

Karun Çandhok: “İnanılmaz final. Əfsanəvi Rocer Federer təəccübləndirməyə davam edir, bu gün Rafael Nadalı məğlub etdi – onların ikisi də zədələrdən sonra idmana qayıdıblar”.

Mercedes AMG F1: “Gözəl bir oyun! Rocer – bu, inanılmaz idi! Bəs Nadalın mübarizəsi? Mükəmməl oyun! Ancaq emosiya axını!”

Mark Satton: “Mükəmməl oyun. Federer Nadala qarşı. Əsl master-klass!”

Peter Uindzor: “Təbrik edirəm Rocer! İdman tarixində ən unudulmaz anın şahidi olduq!”

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*