Sinqapurdakı yarışın vaxtı hələ təsdiqlənməyib

Sinqapur Qran Prisi bu ilin təqvimində 20 sentyabra salınmışdı. Lakin pandemiyaya görə vəziyyət tamamilə dəyişib və yarışın nə vaxt baş tutacağı barədə danışmaq tezdir.

F-1.az bildirir ki, yarışın promouterləri hadisələri yaxından izləyirlər, lakin builki qran prinin tarixi və ümumiyyətlə, baş tutması barədə dəqiq söz deyə bilmirlər: “Kovid-19 virusu ilə bağlı vəziyyəti izləyirik, Sinqapur hökuməti və yarışın səhmdarları Formula1 rəhbərliyi ilə açıq danışıqlar aparır.

Hazırda 2020-ci ilin təqvimi yenidən nəzərdən keçirilir. Hər hansı bir məlumat əldə etidiyimizdə, bilet almış azarkeşləri yeniliklərdən xəbərdar edəcəyik. Bizim üçün prioritet iştirakçıların və azarkeşlərin sağlamlığı və təhlükəsizliyidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*