Sinqapur daha 6 il təqvimdə olacaq

Sinqapur Qran Prisi 2028-ci ilin sonuna qədər Formula1-i qəbul edəcək.

F-1.az xatırladır ki, Sinqapur Covid-19 virusuna görə iki ildir ki, yarış keçirə bilmir. Lakin Marina Bay trası bu il təqvimə girib və yarışın oktyabrın 2-i keçirilməyə planlaşdırılır. Trasın hazırkı müqaviləsi 2021-ci ilin sonunda bitirdi, amma son iki ildə yarış keçirilmədiyi üçün həmin iki il növbəti illərə əlavə olunub. Beləliklə, yeni müqavilə 2+5 illik olacaq.

Formula1-in rəhbəri Stefano Domenikali: “Sinqapur, Formula1-i 2028-ci ilə qədər qəbul edəcək və buna görə çox sevincliyəm. Marına Bay ilk dəfə 2008-ci ildə Formula1-i qəbul etmişdi və o vaxtdan sürücüləri, komandaları həyəcanlandırır. Onların yeri ayrıdır və idmanı Asiyada populyarlaşdırırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*