S.Domenikali: “Melburnu başlanğıc nöqtə hesab etmək olar”

Ferrari komandasının mətbuat xidmətinə müsahibəsində komandanın başçısı Stefano Domenikali qarşıdakı mövsümə ümidlərini açıqlayıb… Stefano Domenikali: “Mövsümün ilk sıralanma turundan sonra […]

Ferrari komandasının mətbuat xidmətinə müsahibəsində komandanın başçısı Stefano Domenikali qarşıdakı mövsümə ümidlərini açıqlayıb…

Stefano Domenikali: “Mövsümün ilk sıralanma turundan sonra nəticələr çıxarmaq tez olardı, axı Avstraliya hələ noyabrda finiş görəcək marafonun başlanğıcıdır. Amma bir çox səbəblər üzündən Avstraliya nümunə olacaq, xüsusən də mövsümün gedişində qüvvələr nisbətinin dəyişməsini qiymətləndirmək üçün. Məncə, keçən il mövsümün sonuncu Qran Prisində sürətli olan komandalar Melburnda da sürətli olacaqlar, amma mübarizə daha sıx olacaq.

Ferrari inkişaf edib, hansı faktorlar bunu deməyə əsas verir? İş metodunun yeni təşkilatı, maşının hazırlanmasında istifadə olunan avadanlıqların dəyişdirilməsi və qoyulan məqsədlərlə test nəticələrinin tam uyğun gəlməsi – keçən illə müqayisədə demək olar ki, biz düzgün yoldayıq. Düzdür, hələlik bu təhlil bizim öz məlumatlarımıza əsaslanır, amma kimsə hələ güclü inkişaf etməyibsə, onda əminəm ki, Ferrari çempionatın sonuna qədər qələbə uğrunda mübarizə aparacaq.

Avstraliyada podium gələcək uğurlar üçün əla başlanğıc olardı. Yeni F138 ilə bərabər biz aerodinamik boruya inam hiss edirik, maşının effektliyinin 90:-i məhz bu avadanlıqdan asılıdır. Reqlamentin stabilliyi sürprizlərin olmamasında təminat verir.

Mən əminəm ki, mövsümün gedişində rəqabətin səviyyəsi aşağı düşəcək – komandalar gələn mövsüm üçün də hazırlaşmalıdırlar. Yeni maşınlar builki maşınlardan köklü fərqlənəcəklər və bu vəziyyətdə şansı qaçırmaq riski böyükdür. Komanda nə qədər balaca olarsa, onlar bir o qədər tez gələn mövsümə hazırlığa başlayacaqlar. Böyük resurslu komandalar isə resurslarını düzgün bölməlidirlər ki, gələn il geridə qalmasınlar.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*