Şarl Lekler bir neçə tibbi müayinədən keçəcək

Ferrari sürücüsü Şarl Lekler bu həftə keçiriləcək İspaniya Qran Prisində iştirak icazəsi almaq üçün bir neçə tibbi müayinədən keçəcək.

Həkimlər qəzanın fəsadlarına hər zaman ciddi yanaşırlar, xüsusən də söhbət baş travmalarından gedirsə. Beyin silkələnməsi təsdiqlənərsə, onların ən çox ehtiyat etdiyi məqam təkrar qəzadır. Çünki ilk qəza yüngül görünsə belə, növbəti qəza ağır nəticələrə səbəb ola bilər.

Baryerə çırpıldığı anda Şarl 23G-lik ani yüklənmə yaşayıb və görmə ilə bağlı problemlərdən şikayətlənib. Hadisədən dərhal sonra o, trasın tibbi mərkəzində müayinədən keçirilib, bazar ertəsi isə Monako klinikasında daha ətraflı yoxlamadan keçib və orada ona MRT edilib.

Qran Pridə iştirak etmək üçün Leklerin artıq həftəsonu başlamazdan əvvəl Madrid trasının tibbi mərkəzinə cavabdeh olan doktor İzabel Omakdan icazə alması lazım gələcək.

Bundan əvvəl İzabel iyirmi ildən çox bu vəzifəni Barselona trasında yerinə yetirib və ötən ilin iyununda sıralanma turu zamanı baş vermiş qəzasından sonra Lekleri da məhz orada müayinə edib.

İzabel Omak: “Onun nevroloji vəziyyətini müəyyənləşdirməliyik, Şarlın beyin silkələnməsi keçirib-keçirmədiyini aydınlaşdırmalıyıq. Bu gün Monakoda ona vəziyyətini qiymətləndirmək və Madrid trasına qayıdıb-qayıda bilməyəcəyinə qərar vermək üçün kompüter tomoqrafiyası edilib”.