S.Markionne əsl çempionu təsvir edib

Ferrari-nin prezidenti Sercio Markionne əsl çempionun xüsusiyyətlərindən danışıb.

F-1.az xəbər verir ki, italiyalı prezident İtaliya futbolunun böyük və canlı əfsanələrindən biri Canluici Buffonu təbrik edib: “Əsl çempionlar eyni zamanda mükəmməl adamlardır. Çətin qərarlar alırlar və öz səhvlərini qəbul edirlər. Geriyə düşdükdən sonra yenidən yüksəlmək üçün daha çox işləyirlər. Eyni zamanda uğurlarını komanda yoldaşları ilə bölüşürlər. Onlar bütün hallarda məsuliyyəti öz üzərlərinə götürürlər. Beləliklə, komanda yoldaşları və rəqiblərinin hörmətini qazanırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*