20 İyun 2019, Cümə axşamı - 21:27

S.Domenikali Maranelloya qaylda bilər

S.Domenikali Maranelloya qaylda bilər

Müəllif: Elçin Zodorov, redaktor

10:18 - 12 Yanvar, 2019

Ferrari-də kadr dəyişiklikləri Mauritsio Arrivabenenin komanda rəhbəri vəzifəsindən çıxarılması və yerinə Mattia Binottonun təyin edilməsi ilə başa çatmayacaq. Corriere dello Sport 2008-ci ildən 2014-cü ilə qədər komandaya rəhbərlik etmiş Stefano Domenikalinin yenidən Maranelloya qayıda biləcəyini iddia edir.

F-1.az bildirir ki, Domenikali hazırda Lamborghini şirkətinin rəhbəri vəzifəsini uğurla yerinə yetirir – keçən il satışların 51% artdığı buna bariz sübutdur. Fiat konserni isə onun Ferrari-nin icraçı direktoru kimi Luis Kamilyerini əvəzləyə biləcəyini düşünür…

Hazırda Binotto iki vəzifəni daşıyır. O, həm komandanın rəhbəri, həm də texniki direktorudur. Domenikali böyük idarəetmə təcrübəsi, eyni zamanda, Liberty Media və FIA ilə əlaqələri nəzərə alındıqda, şirkətin bütün əməliyyatlarını idarə etmək üçün ideal fiqurdur.

Corriere dello Sport yazır ki, Stefano Maranelloya qayıtdıqdan sonra əsas vəzifələrindən biri Formula1 rəhbərliyi ilə Razılıq müqaviləsinin müzakirələrində iştirak etmək olacaq. Çünki komandalar və çempionatın idarəçiləri arasımdakı mövcud razılıqlar 2020-ci ildə başa çatacaq. Məhz buna görə də, Exor holdinqin və Fiat Chrysler konserninin rəhbəri, Ferrari-nin prezidenti Con Elkann onun Maranelloya qayıtması üçün çalışacaq. Lakin bunu etmək çox çətin olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 288
Teqlər
Paylaş

logo