S.Domenikali 2022-ci ildən çox şey gözləyir

Formula1-in rəhbəri Stefano Domenikali bildirib ki, 2022-ci il mövsümündən çox şey gözləyir.

F-1.az xatırladır ki, bu ildən Formula1-dəki texniki reqlament dəyişiləcək. Bunun hesabına komandalar arasındakı fərqlərin azalması gözlənilir.

Stefano Domenikali: “Çox şey gözləyirəm. Bolidlər arasında fərqlər azalacaq və sürücülər bir-birlərinə daha yaxın olacaqlar. Beləliklə, gərgin mübarizə yarana bilər.

İlk yarışda yaxın mübarizə gözləmirəm. Lakin inkişafdakı məhdudiyyətlər və büdcə limitinə görə mövsüm ərzində hamı bir-birinə yaxınlaşacaq. Yeni bolidləri həyəcanla gözləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*