Rəsmən: Las Veqas gələn ildən təqvimə girir

Uzun müddət gedən danışıqlardan sonra Las Veqas Formula1 təqviminə qayıdıb.

F-1.az bildirir ki, beləliklə Formula1 təqvimində 3 Amerika yarışı olacaq. Las Veqas trası şəhər tipli olacaq və uzunluğu 6.1 kilometrdir. Trasda 14 döngə var və 50 dövrədən ibarət olacaq. Yarışda maksimum sürətin 340 km/saat olması gözlənilir. Yarış isə daha fərqli zamanda – şənbə günü keçiriləcək.

Stefano Domenikali: “Amerikadakı üçüncü yarış idmanımızın böyüməsi üçün vacibdir. LAs Veqas həmişə həyəcanına, qonaqpərvərliyinə görə fərqlənir. Ora Dünyanın əyləncə mərkəzidir və gələn il orada olmaq üçün səbirsizlənirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*