R.Qrojan: “Əyləclərə nəzarət etməyi öyrənməliyəm”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, mövsümün əvvəlindən yaşadığı əyləc problemlərinə daha yaxşı nəzarət etməlidir.

F-1.az xatırladır ki, Amerika təmsilçisi mövsümün əvvəlindən əyləclə bağlı problemləri həll etməyə çalışsa da, hələ də bir dəyişiklik yoxdur.

Roman Qrojan: “Əyləc problemləri barədə danışmaq istəmirəm. Texniki problemlər qarşısında nəzarəti itirməməyi öyrənməliyəm. Bakıda hər iki boliddə problem yasaşaq da, Kevin vəziyyətə daha yaxşı nəzarət edə bildi və buna görə də problemlərlə bağlı heç kimi günahlandırmaq istəmirəm. Karyeram ərzində əyləclər ən yaxşı olduğum cəhətlərdən idi. Amma işlər hazırda istədiyim kimi getmir və bu, mənim zəifliyimdir.

Pis nəticələr qarşıslnda özümü itirdim. Öz üzərimdə işləməli və təkrar fokuslanmalıyam. Əyləclərə nəzarət etmək bir sürücü üçün çox vacibdir. Onda özünüzə olan inam da artır. Təbii ki, xoş hal deyil, amma hər şey bizim əlimizdə deyil”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*