R.Haryanto: “Xəyallarım reallaşdı”

Manor komandasının sürücüsü R.Haryanto bildirib ki, onun Formula1-də yarışmaq xəyalı reallaşıb və o çox xoşbəxtdir...

F-1.az xatırladır ki, Rio Haryanto testlərin üçüncü günündə 77 dövrə vurub və sonuncu pilləni tutub.

Rio Haryanto F1-dəki debütü barədə danışıb: “Əvvəl bəzi söz-söhbətlər var idi, amma indi hər şey dəqiqdir. Bütün mövsüm üçün müqaviləm var.

Səhər kiçik səhv etdim, amma heç bir problem yox idi. Nahardan sonra yenidən trasa çıxdım. Ümumilikdə isə həm mənim üçün, həm də komanda üçün səmərəli gün oldu.

Təxminən 2-3 ay idi ki, yarışmırdım. Ona görə əvvəl mənə bir az çətin oldu, amma sonra öyrəşdim. Ancaq öz işimə kökləndimm və başqa şey barədə düşünmədim.

Formula1 mənim ən böyük hədəfim olub. İndi isə xəyallarım reallaşdı. Bolidə tez uyğunlaşdım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*