Pirelli Meksika Qran Prisi üçün təkər seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün 17 Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlamışdı. Bu gün isə Meksikada baş tutacaq yarış üçün təkər seçimi elan edilib.

F-1.az təkər təchizatçısının saytına istinadən bildirir ki, Rodriges qardaşlarının adını daşıyan trasda çempionat iştirakçılarına ən yumşaq üçlük – UltraSoft, SuperSoft və Soft tərkibləri təklif olunacaq. Son iki tərkib yarış üçün məcburi elan edilib, yəni onların hər birindən ən azı bir dəst sifariş olunmalı, yarışın gedişində isə birindən mütləq istifadə olunmalıdır.

Keçən il Meksikaya orta üçlük gətirilmişdi və sürücülərin çoxu yarışda cəmi bir dəfə pit-stop etmişdi…

Mərhələ / Tərkiblər UltraSoft SuperSoft Soft Medium Hard
Markalanma rəngi Bənövşəyi Qırmızı Sarı Narıncı
Avstraliya Qran Prisi  UltraSoft SuperSoft Soft
Çin Qran Prisi SuperSoft Soft Medium
Bəhreyn Qran Prisi SuperSoft Soft Medium
Rusiya Qran Prisi UltraSoft SuperSoft Soft
İspaniya Qran Prisi Soft Medium Hard
Monako Qran Prisi UltraSoft SuperSoft Soft
Kanada Qran Prisi UltraSoft SuperSoft Soft
Azərbaycan Qran Prisi SuperSoft Soft Medium
Avstriya Qran Prisi UltraSoft SuperSoft Soft
Britaniya Qran Prisi SuperSoft Soft Medium
Macarıstan Qran Prisi SuperSoft Soft Medium
Belçika Qran Prisi UltraSoft SuperSoft Soft
İtaliya Qran Prisi SuperSoft Soft Medium
Sinqapur Qran Prisi UltraSoft SuperSoft Soft
Malayziya Qran Prisi SuperSoft Soft Medium
Yaponiya Qran Prisi SuperSoft Soft Medium
ABŞ Qran Prisi UltraSoft SuperSoft Soft
Meksika Qran Prisi UltraSoft SuperSoft Soft
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*