P.Verlyayn Mercedes komandası ilə çempion olmaq istəyir

F-1.az xəbər verir ki, hazırda Manor komandası ilə yarışan gənc sürücü Paskal Verlyayn gələcəkdə Mercedes-lə çempion olmaq istədiyini deyib.

Bu il həm Haryanto, həm də Okondan sürətli olan alman pilot Avstriya Qran Prisində ilk xalını qazanmışdı. Son günlərdə mediada yeni bir iddia iləri sürülüb. İddiaya əsasən Mercedes Verlyaynın 2017-ci ildə Williams ilə yarışmasını istəyir. Verlyayn 2017-ci ildə harada yarışacağı sualına – “Mövsümün sonuna kimi qərarımızı verəcəyik” deyib.

Paskal Verlyayn: “Təbii ki,  Mercedes üçün yarışmaq istəyirəm. Onlarla çempionluq yaşamaq istəyirəm. Lakin Lyuis və Nikonun Mercedes ilə müqaviləsi var və möhtəşəm iş görürlər. 2018-ci ildən əvvəl orada yarışmağım mümkün deyil.

Manor ilə iki il yarışmaq mənim üçün yaxşı ola bilər. Komandanın inkişafına kömək etmək məni daha təcrübəli sürücü edir. Artıq daha bacarıqlıyam. Başqa komandaya gedəndə bunu göstərə bilərəm. Əgər bunu etsəm, Mercedes ilə yarşmaq şansımı artıra bilərəm”.

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*