P.Lou: Senna centlmen deyildi

Sabiq Formula1 mühəndisi Pəddi Lou bildirib ki, Senna ilə mübarizə aparamq çox çətin olub.

F-1.az bildirir ki, Pəddi 1987-1993 illərdə Williams komandasında işləyərkən Ayrton Senna ilə rəqib komandalarda olmuşdu.

Pəddi Lou: “Ayrton fərqli idi. Mən o dövrlər Williams-da idim və ona qarşı yarışırdıq. Ayrtonu məğlub etmək çətin idi. 1992-ci ildə onu məğlub edə bildik, ancaq növbəti mövsüm onunla mübarizə aparmaq qəlizləşdi. Çox qəddar idi. Rəqiblərini fərqli taktikalarla bezdirirdi. Amma o dövrlər oyunun qaydaları belə idi. O zamanlarda sıralanma turunda bloklamaya görə cəza gəlmirdi. Trasa çıxıb bizi bloklayırdı. O dövrlər vəziyyət belə idi. İndiki dövrdə stüardlar buna görə cəza verirlər. Ayrton oyunu o dövrün qaydalarına əsasən oynayırdı”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*