Okon: Biz Aston Martin-in tərəqqisini qəbul edirik

Aston Martin-in 2023-cü ildəki irəliləyişləri Formula1-in yeni mövsümünün əsas mövzularından birinə çevrilib.

F-1.az xəbər verir ki, Alpine komandasının pilotu Esteban Okon hesab edir ki, rəqiblərinin uğuru onun komandası üçün nümunə olmalıdır.

Esteban Okon: “Biz düşünməliyik ki, Aston Martin-in nailiyyətlərini təkrarlamaq mümkündür, əks halda yarışmağın heç bir mənası yoxdur. Fikir verirsinizsə, ötən mövsümün sonu ilə bu mövsümün başlanğıcı arasında üç-dörd ay vaxt keçib.

Bilmirəm, Aston Martin mövsüm ərzində belə bir irəliləyiş əldə edə bilərdi, ya yox, amma onlar göstərdilər ki, belə bir inkişaf mümkündür və biz də bunu qəbul edirik ki, düzgün həll yollarını tapsanız, irəliyə doğru böyük addım atmaq olar.

Komandanın bazasına həftədə ən azı bir və ya iki dəfə baş çəkirəm. Aerodinamika şöbəsinin hazırladığı gələcək layihələrin çertyojlarını gördüm. Bu həllər maşında görünəcək və deyə bilərəm ki, onların arasında bir neçə maraqlı fikir var idi. Yeni hissələrin nə vaxt istehsal ediləcəyini və maşına quraşdırılacağını səbirsizliklə gözləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*