Mənsur Oyex vəfat edib

Bu barədə məlumatı bir qədər əvvəl McLaren komandasının mətbuat xidməti verib.

F-1.az xəbər verir ki, 1984-cü ildən bəri McLaren-in əsas səhmdarlarından biri olan Oyex bu gün 68 yaşında, Cenevrədə dünyasını dəyişib. Xatırladaq ki, o, keçən il iyun ayında direktorlar şurasının sədri vəzifəsindən istefa vermişdi. Son illərdə xərçənglə mübarizə aparırdı və bir neçə əməliyyat keçirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*