M.Zurer: Fettelin qayıtmağı yaxşı fikir deyil

Sabiq Formula1 sürücüsü Mark Zurer bildirib ki, Fettelin idmana qayıtması onun üçün ziyanlı ola bilər.

F-1.az xatırladır ki, Lən Stroll qolunu qırdığı üçün mövsmüün ilk yarışı Bəhreyndə yarışmayacaq. Onu kimin əvəzləyəcəyi müəmmalıdır. Ən böyük namizəd Felipe Druqoviç olsa da, Fettelin adı da komanda üçün hallanır.

Mark Zurer: “Fettel bu qış çox idman etməyib. İlk dəfə qışda idman etmək məcburiyyətində deyildi. İndi isə bir həftə içində formasını bərpa etməlidir. Bu da mümkün deyil. Buna görə də onun qayıtmağı yaxşı fikir deyil.

Həm də Fettel Alonso ilə komanda yoldaşı olmaq istəyirsə, iki dəfə düşünməlidir. Yekunda Alonso əsl kralın kim olduğunu göstərmək istəyəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*