M.Vebber: Ferstappen çempion olacaq

Sabiq Formula1 sürücüsü Mark Vebber düşünür ki, Maks Ferstappen bu il rahatlıqla Dünya Çempionu olacaq.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu mövsüm 9 yarışdan 6-ı qazanıb və hazırda ən yaxın rəqibi Serxio Peresi 46 xal qabaqlayır.

Mark Vebber: “Red Bull çempionatda hegemonluğa davam edəcək. Bütün təkərləri yaxşı işlədən bolidləri var. Bütün şəraitlərdə yaxşı oynayan tennisçiləri xatırladır. Red Bull hər işi yaxşı görür. Məncə, Maks sona 3 yarış qalmış titulu rəsmiləşdirəcək.

Serxionu çox istəyirəm, amma Maks mövsüm ərzində xal almağın yollarını tapacaq. Azərbaycanda inamlı qələbə qazandı. Maks Kanadada yağışlı və quru hava şəraitində qüsursuz performans göstərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*