M.İzola: Yağış təkərlərini təkmilləşdirmək mümkün deyil

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, yağış təkərlərini təkmilləşdirmək üçün fürsətləri yoxdur.

F-1.az bildirir ki, Suzukadakı yarışdan sonra əksəriyyət Pirelli-nin yağış təkərləeindən narazı qalıblar. Sürücülər daha çox keçid təkərlərindən istifadə edirlər.

Yağış təkərləri suyu təxliyə etməkdə çox zəifdir və sürücülər bu təkərlə çox sürüşürlər. Bundan başqa çox sprey çıxardığı üçün sürücülər yolu görə bilmirlər.

Mario İzola: “Sadəcə bir növ yağış və bir növ keçid təkərlərimiz var. Bu təkərlər 22 fərqli trasda işləməlidirlər. Buna görə də onların dizaynında orta yol tapmağa çalışdıq. Taöış və keçid təkərlərini test etmək üçün çox fürsətimiz olmur.

FİA və komandalarla bir işləyirik, amma test etməsək, onları təkmilləşdirə bilmərik. Barselonadakı mövsümöncəsi testlərdə trası bir az islatdıq, amma komandalar çox sü var deyə boksdan çıxmadılar. Daha sonra hamı keçid təkərləri ilə işləməyə başladı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*