M.Binotto iki yarışda da olmayacaq

Ferrari komandasının rəhbəri Mattia Binotto gələnilki maşının inkişafı üçün iki-üç yarışa daha getməyə bilər.

F-1.az xatırladır ki, italyanlar uzun müddətdir ki, gələnilki maşına fokuslanıb. Buna görə də Mattia Binotto Türkiyədəki yarışda iştirak etməmişdi. Belə görünür ki, italiyalı komanda rəhbəri növbəti yarışlarda da olmayacaq. Binotto olmayanda onu komandanın idman direktoru Loren Mekis əvəz edir.

Mattia Binotto: “Türkiyə yarışında Maranelloda qalmağı hədəfləyirdim. Düzü, mövsüm başlayandan təqvim bir neçə dəfə dəyişdi və buna görə planlarımı bir neçə dəfə dəyişdim. Türkiyə Maranelloda qalmağı planlaşdırdığım yarışlardan idi. Mövsümün sonuna qədər ən az iki yarışda da olmayacağam. Bu yarışlar böyük ehtimalla Meksika və Braziliya olacaq. Görək.

Bunun əsas səbəbi o ölkələrin uzaqda olmasıdır. Amma Maranelloda görüləsi çox iş var. Komandanı idarə etmək lazımdır. Həm şassi, həm də güc qurğusu tərəfində görüləsi çox iş var. Gələnilki maşının inkişafı üçün vacib mərhələdəyik. Buna görə də Maranelloda qalmaqdan razıyam.

Dördüncü və beşinci günlər ofisdə olduğum üçün Maranellodakı işlərə fokuslana bilirəm. Şənbə və bazar günlərini isə yarış həftəsonuna həsr edirəm.

Paddok üçün darıxsam da, Loren əla işləyir. Mən olmayanda komandanı yaxşı idarə edir. Buna görə sevincliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*