Ləns Stroll: “Bu gün hər şey təxminən gözlədiyimiz kimi keçdi. Hələ çox şeyi təkmilləşdirməliyik, xüsusən də güc qurğusunun işləmə hamarlığı və gücü ilə bağlı.
Maşın istədiyimiz qədər sürətli deyil, buna görə də qarşıda görüləsi çox iş var. Vəziyyəti real qiymətləndirsək, komandanı çətin bir həftəsonu gözləyir, amma işləməyə davam edəcəyik və hansı nəticələr əldə edə biləcəyimizə baxacağıq”.





