Las Veqas trasının adı məlum olub

Las Veqas şəhəri 40 illik fasilədən sonra 2023-cü ildə Formula1 təqviminə qayıdacaq.

F-1.az xatırladır ki, şəhər trasında gecə yarışı noyabrın 18-də baş tutacaq.

Yarışın təşkilatçıları trasın rəsmi adını seçiblər və müvafiq ticarət nişanını – Las Vegas Strip Circuit-i qeydiyyatdan keçiriblər. Ad sürücülərin yarışacağı otelləri və kazinoları ilə tanınan məşhur Las Vegas Strip-dən görürülüb.
,